Su basmış ərazidə sürücülər bu yoldan istifadə edəcək
15-10-2022, 18:04
Oxunub: 3 184
Xəbər verdiyimiz kimi, Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında qəza baş verib. Nəticədə, Bakı-Qazax magistralı və əks istiqamətdə uzun tıxaclar yaranıb.
DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev qəza ilə əlaqədar Bakı-Qazax avtomagistralında hərəkətin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görüldüyünü bildirib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli “Qafqazinfo”ya bildirib ki, su basmış ərazidə ikitərəfli hərəkəti təmin etmək üçün artıq müvafiq qabaqlayıcı tədbirlər görülüb:“Su basmış əraziyə nəqliyyat vasitələrinin keçməməsi üçün su qəzası yerinə çatmamış dəmir arakəsmələr sökülüb. Belə ki, ikitərəfli hərəkətin təmin olunması üçün nəqliyyat vasitələrinin istiqaməti digər hissəyə yönəldilib. Yoldan su çəkilənədək əks-istiqamət üzrə ikitərəfli hərəkət təmin olunub”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər