BolgeXeber.Com » Xəbərlər » Sabah yağış yağacaq

Sabah yağış yağacaq

10-10-2022, 13:53
Oxunub: 2 328 Bakıda və Abşeron yarımadasında oktyabrın 18-də bəzi yerlərdə arabir yağış yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gün ərzində şimal-qərb küləyi arabir güclənəcək.
 
Havanın temperaturu gecə 14-16° isti, gündüz 19°-dək isti, Bakıda gecə 14-16° isti, gündüz 19°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
 
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 13-17° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-6° isti, gündüz 7-12° isti olacaq.