BolgeXeber.Com » Xəbərlər » Şagirdi döyən direktorun yerinə təyinat

Şagirdi döyən direktorun yerinə təyinat

19-10-2022, 11:39
Oxunub: 3 496 Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbinə yeni direktor təyinatı olub.

Məlumatı Abşeron-Xızı Regional Təhsil İdarəsindən təsdiqləyiblər.
Məlumata görə, bu vəzifəyə idarədə metodist vəzifəsində çalışan Nuranə Vəliyeva təyin olunub.

Qeyd edək ki, dəfələrlə mətbuatda keçmiş direktor Çinarə Atayeva ilə bağlı qalmaqallı materiallar dərc olunub. Onun bir müddət əvvəl məktəbinin şagirdlərdən birini döyməsi və mobil telefonunu qırması ilə bağlı yayılan xəbərlərdən sonra direktorun əmək müqaviləsinə xitam verilmişdi.