BolgeXeber.Com » Xəbərlər » Sumqayıtda ağac kəsilməsi ilə bağlı şikayət araşdırılıb-FOTO

Sumqayıtda ağac kəsilməsi ilə bağlı şikayət araşdırılıb-FOTO

26-10-2022, 15:56
Oxunub: 2 224 Sumqayıt şəhəri Heydər Əliyev adına parkda ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Bolgexeber.com xəbər verir ki, bu barədə xidmət rəsmisi Fərid Piriyev məlumat verib.
Bildirib ki, sözügedən ünvanda quru və qəzalı vəziyyətdə olan ağaclar Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyinə əsasən Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən götürülüb və yerinə yeni ağaclar əkilib.