110 min mənimsəyən sabiq direktora cinayət işi açıldı
28-10-2022, 13:28
Oxunub: 2 624
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun sabiq əməkdaşına cinayət işi açılıb.
Cəlilabad rayon prokurorluğundan verilən məlumata görə, Cəlilabad bölgə təcrübə stansiyasının sabiq direktoru Hüseynağa Feyzullayevin işlədiyi dövrdə Cəlilabad BTS-ə məxsus olmuş pul vəsaitini mənimsəməsi barədə daxil olmuş müraciət üzrə rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla Hüseynağa Feyzullayevin işlədiyi 2009-2019-cu illər ərzində BTS-in fəaliyyəti zamanı əldə edilərək yardımçı təsərrüfatın xəzinəsinə mədaxil olunmuş pul vəsaitləri, habelə müəssisənin balansında olan texnika və avadanlıq üzərində qanunsuz sərəncam verməklə ümumilikdə 108 min 114 manat məbləğində pul vəsaiti və maddi əmlakı özünün və üçüncü şəxslərin mülkiyyətinə keçirməklə öz qulluq mövqeyindən istifadə edib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər