Dəhşətli qəzada ölənlər şəhidin qardaşı ilə jurnalistin oğlu imiş
31-10-2022, 17:45
Oxunub: 1 912
İki gün əvvəl Yevlaxda baş vermiş ağır qəzada xəsarət alan azyaşlılar Bakıda xəstəxanaya yerləşdirilib.
Yevlax Rayon İcra Hakimiyyətindən "Qafqazinfo”ya bildirilib ki, Vətən Müharibəsi şəhidi Elçin Mirzəyevin qardaşı Həsən Mirzəyevin idarə etdiyi avtomobilin qəzaya uğraması səbəbindən xəsarət alan sürücünün övladları paytaxta göndərilib.
Bildirilib ki, qəzada şəhidin 41 yaşlı qardaşı və onun sərnişini olan 44 yaşlı Rüfət Həmidov hadisə yerində vəfat edib. Rüfət Həmidov Yevlaxda fəaliyyət göstərən "Kür” qəzetinin jurnalisti Ramiz Həmidovun oğludur.
Dəhşətli yol qəzası Yevlax şəhəri Ceyhun Mustafayev küçəsində baş verib. H.Mirzəyevin idarə etdiyi "VAZ 2107” markalı avtomobil Şəhidlər Xiyabanının hasarına çırpılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə iştirak edən Elçin Mirzəyev 2020-ci ilin oktyabrın 10-da Tərtər-Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Nəşi 3 gün sonra Yevlax şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra Elçin 3 medalla "Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə” və "Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər