Vilayət Eyvazov Şuşada polis və hərbi qulluqçuların xidmət şəraiti ilə tanış olub
9-11-2022, 18:13
Oxunub: 2 752
Zəfər günü ərəfəsində daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov, nazir müavini - Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədov, Qərargah rəisi, general-mayor Tofiq Hüseynov və Komandanın müavini, general-mayor İnqilab Muradov Dxaili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçularının işğaldan azad olunmuş ərazilərdəki yerləşmə məntəqələrində olublar.
Bu barədə DİN-dən məlumat verilib.
Nazir V.Eyvazov hərbi qulluqçuların kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu ilə maraqlanıb, həmçinin maddi-texniki təminatı ilə yaxından tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.
General-polkovnik Vilayət Eyvazov vurğulayıb ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə xidmətin müasir standartlar səviyyəsində təşkilinə dair verdiyi tapşırıqlara uyğun olaraq hərbi qulluqçuların maddi-texniki bazası, kazarma-yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində, eləcə də qabaqcıl texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilmələri üçün ardıcıl tədbirlər həyata keçirilir.
Polis əməkdaşlarının və hərbi qulluqçuların işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini böyük əzm və peşəkarlıqla davam etdirdiyini xüsusi qeyd edən nazir onları Zəfər Günü münasibətilə təbrik edib, xidmətlərində uğurlar arzulayıb.





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər