Tərtər Rayon İcra Hakimiyyətində geniş aparat müçavirəsi keçirilib
12-11-2022, 18:38
Oxunub: 3 392
Tərtər Rayon İcra Hakimiyyətində icra başçısı Müstəqim Məmmədovun sədrliyi ilə geniş aparat müçavirəsi keçirilib
Müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Şəhərsalma və Memarliq Baş İdarəsinin rəisi İlqar Sadıqov, rayon polis şöbəsinin rəis müavini Həsən Məmmədov, rayon qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən Züleyxa Mustafayeva, İƏD üzrə nümayəndələr , bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon Ağsaqqalar şurasının sədri Faiq Məmmədov, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov iştirak ediblər.
Müşvairədə Azərbaycan Respublikası Prezidentinin fərmanı və sərəncamlarının yerinə yetirilməsi, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq operativ surətdə baxılıb, özlərinin iştirakı ilə araşdırılaraq vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, erkən nikah, yaşayış məntəqələri ərazisində qanunsuz tikililərin qarşısının alınması, heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi məsələləri müzakirə olunub.
Müzakirə olunan məsələlər barədə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Qarabağ Regional Şəhərsalma və Memarlıq Baş İdarəsinin rəisi İlqar Sadıqov, Əmlak Məsələləri Dövlət Xidmətinin tabelyində DƏDKR-i publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin Tərtər Rayon şöbəsinin müdiri Şahrəddin Əliyev, rayon polis şöbəsinin rəis müavini Həsən Məmmədov, rayon qaz idarəsinin rəisi Müxlis Əmirov, Tərtərçay Hidroqovşağı istismarı idarəsinin rəisi Emil Hacıyev, Tərtər Suvarma sistemləri idarəsinin rəis müavini Zahid İbrahimov, Su-kanal idarəsinin rəisi Elnur Abbasov, rayon Elektrik şəbəkəsinin baş mühəndisi Sərvan Məmmədov, Tərtər Telekommunikasiya qovşağının rəisi Cavid Əliyev çıxış ediblər.
Müzakirə olunan məsələlər barədə icra başçısı aidiyyəti qrumların rəhbərlərinə tapşırıq və tövsiyələr verib, qanunsuz tikililərə qarşı birlikdə vaxtında tədbir görməyi tapşırıb.








Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər