Bakıda məktəb direktoruna şiddətli töhmət verilib
14-11-2022, 17:32
Oxunub: 2 888
Bakıda sinif otağında şagirdlərin yemək bişirməsinə şərait yaradan məktəb direktoruna şiddətli töhmət verilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.Bildirilib ki, paytaxtdakı 48 nömrəli tam orta məktəbdə şagirdlərin yemək hazırlaması ilə bağlı yayılan videogörüntü ilə əlaqədar İdarə araşdırma aparıb: "Araşdırma nəticəsində vəzifə funksiyalarını yerinə yetirərkən məsuliyyətsizliyə yol verdiklərinə görə 48 nömrəli tam orta məktəbin direktoru Aynurə Bağırovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Solmaz Çobanovaya isə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən, töhmət verilib".
Qeyd edək ki, sinif otağında şagirdlərin pomidor-yumurta bişirmələrini özündə əks etdirən videogörüntü ötən tədris ilində (16 may 2022-ci il) çəkilib. Həmin vaxt məktəb rəhbərliyi tərəfindən sinif rəhbəri, müəllim və məktəb psixoloqu barəsində intizam tənbeh tədbiri görülüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər