Tanımadığı nömrəyə zəng edib tanışlıq təklif etdi, həbs olundu
15-11-2022, 19:32
Oxunub: 2 504
Kafedə dostları ilə yeyib-içdikdən sonra tanımadığı nömrəyə zəng edən şəxs həbs edilib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Şamaxı rayonunda baş verib. Cəmil Akifli (şərti) bir müddət öncə Şamaxıda yerləşən kafelərdən birində iş yoldaşları ilə spirtli içki qəbul edib. Sərxoşluq vəziyyətinə düşdükdən sonra istifadəsində olan mobil nömrədən tanımadığı mobil nömrəyə zəng vurub. Nömrənin sahibinin xanım olduğunu görüncə ona tanışlıq təklif edib.
Qadın isə cavabında təklifə rədd cavabı verərək onu narahat etməməsini bildirib. Lakin C.Akifli davamlı olaraq həmin nömrəni yığıb, əxlaqsız təkliflər edib. Daha sonra xanım polisə müraciət edib. Polis əməkdaşları Cəmilə zəng edərək onu bölməyə dəvət etsə də, sonuncu bölməyə getməkdən imtina edib. Bir müddət sonra polis əməkdaşları Cəmili Xətai rayonu ərazisində saxlayıblar. Onu bölməyə dəvət ediblər. Lakin C.Akifli buna etiraz edərək polislərlə mübahisəyə başlayıb, təhqiramiz ifadələr işlədib.
Həmin şəxs məcburi qaydada polis bölməsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni əmrinə tabe olmama) maddələri ilə protokol tərtib edilərək Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmə Cəmilin 20 gün müddətində inzibati qaydada həbs edilməsinə dair qərar çıxarıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər