BolgeXeber.Com » Xəbərlər » Gələn ilin qəbul imtahanlarının cədvəli dekabrda açıqlanacaq

Gələn ilin qəbul imtahanlarının cədvəli dekabrda açıqlanacaq

18-11-2022, 16:30
Oxunub: 3 008

“Ali təhsil müəssisələrinə gələn il üçün qəbul imtahanlarının cədvəli Elm və Təhsil Nazirliyi ilə razılaşdırılıb dekabrın 15-nə qədər ictimaiyyətə təqdim ediləcək”.
Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, hazırda imtahan vaxtları ilə bağlı müvafiq təşkilatlarla danışıqlar və dəqiqləşdirmələr aparılır:
“İmtahanlar kütləvi proses olduğu üçün yalnız bizdən asılı deyil”.