“İçərişəhər”də faciəvi hadisə - Tanınmış şəxsin oğlu öldü
21-11-2022, 11:59
Oxunub: 3 328
Bakıda sübh saatlarında ağır yol qəzası baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün saat 05:30 radələrində Səbail rayonu ərazisində - Şeyx Şamil və Abdulla Şaiq küçələrinin kəsişməsində (metronun “İçərişəhər” stansiyasının qarşısı) “BMW” markalı avtomobil sürücü 1993-cü il təvəllüdlü Xəlil Əsədlinin idarəetməsindən çıxaraq maneəyə çırpılıb. Nəticədə sərnişin, 1994-cü il təvəllüdlü Nurlan Mənsimli ağır xəsarətlər alıb və vəfat edib.
Bildirilir ki, qəzaya uğrayan avtomobil N.Mənsimliyə məxsus olub və həmin vaxt nəqliyyat vasitəsini onun dostu Xəlil idarə edirmiş.
Vəfat edən 28 yaşlı N.Mənsimli, tanınmış coğrafiyaçı alim Mirzəxan Mənsimovun oğludur. Mirzəxan Mənsimov həm də "İqlim" MMC şirkətinin rəhbəridir.
***
DİN Səbail rayonunda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.
Bildirilib ki, noyabrın 20-də saat 5 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini X.Əsədli sərxoş vəziyyətdə idarə etdiyi “BMW” markalı avtomobili maneəyə vurub. Nəticədə sərnişini olan avtomobilin sahibi, paytaxt sakini Nurlan Mənsimli hadisə yerində ölüb. Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər