BolgeXeber.Com » Xəbərlər » 24 yaşlı gənc dayısı oğlunu niyə öldürüb? - Hadisənin TƏFƏRRÜATI

24 yaşlı gənc dayısı oğlunu niyə öldürüb? - Hadisənin TƏFƏRRÜATI

24-11-2022, 10:48
Oxunub: 1 744 Ağstafada dayısı oğlu, 2001-ci il təvəllüdlü Çingiz Vəlizadəni qətlə yetirən 1998-ci il təvəllüdlü Əli Əsgərovun məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ə.Əsgərov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin 14 dekabr tarixində baş verib.
Cinayətə qohumlar arasında hadisədən təxminən 10 gün əvvəl torpaq sahəsinin suvarılması ilə bağlı yaranmış mübahisə səbəb olub.
Belə ki, Əli Əsgərov digər dayısı oğlu Ədalət xəstələndiyi üçün, onun əvəzinə Ağstafa rayonunun Qırılı kəndinə sahə suvarmağa gedib. Çingizə də Qırılı kəndində 18 hektar suvarmağa başqa yer olduğunu, istəyirsə, həmin torpağı suvara biləcəyini, ancaq həmin sahəni qismən suvardığına görə ona 20 manat pul verilməli olduğunu, uşağı xəstə olduğu üçün bu pula ciddi ehtiyacının olduğunu bildirib. Çingiz isə ona ancaq 10 manat pul verəcəyinə söz verib. Lakin Çingiz onun zəhmət haqqını yerin sahibindən alsa da, Əliyə verməyib. 
“Səhəri gün Çingiz pulu verməmək üçün bəhanə gətirdi, sahəyə gedib baxdığını, lakin sahənin yaxşı suvarılmadığını dedi. Təxminən 1 həftə ərzində Çingizdən gördüyüm işin zəhmət haqqını tələb etdim, lakin pulu verməyəcəyini dedi. Bu məsələyə görə Çingizlə mübahisə etdim, ona ağır sözlər dedim və “WhatsApp”da bloka atdım. Həmin vaxtdan sonra hadisə baş verən günə qədər Çingiz mənə zəng etməyə çalışıb. Eşitmişdim ki, aramızda baş verən son danışığa görə məni hər yerdə axtarır”, - Əli Əsgərov məhkəməsində bildirib.
Qohumlar yaranmış mübahisəyə aydınlıq gətirmək üçün Köçəsgər kəndində yerləşən su kanalının yaxınlığında üz-üzə gəliblər. Tərəflər arasında yaranmış dava zamanı Əli Əsgərov dayısı oğluna bir neçə bıçaq zərbəsi endirərək onu qətlə yetirib.
Əli ifadəsində onu da bildirib ki, dayısı oğlunu öldürmək niyyəti olmayıb. O, dava zamanı özünü müdafiə etdiyini bildirib: 
“Dediyi yerə gəlməyənə başqalarının yanında söyüş qoymuşdu. Çingizin dediyi yerə getməklə səhv etdim. Hər kəsdən üzr istəyirəm” - qətli törədən şəxs məhkəmədə deyib
Qeyd edək ki, Əli Əsgərov hadisədən bir saat sonra tutularaq istintaqa təhvil verilib.