BolgeXeber.Com » Xəbərlər » Tərtərdə bir qrup iş adamları ilə görüş keçirilib

Tərtərdə bir qrup iş adamları ilə görüş keçirilib

29-11-2022, 17:53
Oxunub: 1 616
Tərtər Rayon İcra Hakimiyyətində bir qrup iş adamları ilə görüş keçirilib. Görüşdə  regionları dayanıqlı investisiya mərkəzinə necə çevirməli və özəl investisiya fəallığının  artırılması, investisiyaların cəlb edilməsi istiqamətində təşviq və dəstək  tədbirləri haqqında müzakirələr aparılıb. Müzakirələrdə iş adamları ilə yanaşı rayon icra hakimiyyətinin əməkdaşları, kənd təsərrüfatı mütəxəsisləri də iştirak ediblər. Müzakirələrdə məqsəd rayonda özəl investisiya fəlllığın artırılması, investisiyaların cəlb edilməsinə təşviq və dəstək tədbirlərinin  davam etdirilməsi olub.
İş adamları kiçik  və orta biznesin  ikişafına dövlət tərəfindən göstərilən dəstəyi yüksək dəyərləndirdiklərini bildiriblər.  
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov  iş adamlarına rayon icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində dəstək göstəriləcəyini bildirib.