BolgeXeber.Com » Xəbərlər » Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi

Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi

1-12-2022, 11:19
Oxunub: 1 672 30 ilə yaxın erməni faşist işğalçıların tapdağı altında qalan Laçın rayonunun Azərbaycan üçün necə dəyərli olmasını ölkəmizin o füsunkar guşəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 72 min hektar yaylaq və 34 min hektar zəngin meşə sahəsi olması, Laçının dəniz səviyyəsindən 700-3600 metr yüksəklikdə yerləşməsi faktı çox aydın göstərir. 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqlarına, civə, vermikulit, əlvan və üzlük daşları, sement və tikinti daşı yataqları ilə zəngin olan bu rayonun 18 may 1992-ci ildə işğal olunması ilə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı, 79.1 min nəfər əhali etnik təmizləməyə məruz qaldı, doğma torpağından qovuldu, 300-dən çox insan həlak oldu və itkin düşdü, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı, Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edildi.
Erməni faşistləri Laçındakı coğrafi adları dəyişdirdilər, təbii resursları talan etdilər, əsasən Suriyadan olan erməni əsilli qaçqınları məqsədyönlü şəkildə burada məskunlaşdırmaqla demoqrafik tərkibi dəyişdirməyə çalışdılar. Nəhayət, 44 günlük Vətən müharibəsindəki Zəfərimiz sayəsində imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Buna qədər isə rəşadətli Ordumuz noyabrın 9-u Laçının Güləbird, Səfiyan və Türklər kəndlərini işğaldan azad etmişdi. 
Laçının işğaldan azad edilməsi möhtəşəm və parlaq tarixi hadisədir. 01 dekabr 2020-ci il tarixdə erməni işğalı altında olan son rayonumuz- Laçın Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının 10 noyabr tarixində imzaladığı Birgə Bəyanata uyğun olaraq, dinc yolla öz əsl sahibinə qaytarıldı. Qürur hissi ilə demək lazımdır ki, iyirmi səkkiz illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalanır. Azərbaycanın ən böyük rayonlarından  biri olan Laçının şəhid verilmədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisəyə çevrilib.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi mütləq qələbələr düşməni 10 noyabr kapitulyasiya bəyanatına əsasən Laçından çıxmağa vadar etdi və ordumuzun döyüş meydanında başlatdığı qələbələr siyasi müstəvidə də zəfər əldə etməyə imkan verdi. Azərbaycan tərəfinə 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu, bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqidir. 
Müzəffər  Ali  Baş   Komandan cənab İlham Əliyevin qətiyyətli siyasəti Ermənistan və onun ədalətsiz havadarlarının acı məğlubiyyəti ilə nəticələndi, Azərbaycan uzun illər çəkən bu ədalətsiz siyasi-hərbi mübarizədən qalib çıxdı. Haqq işində Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman ordumuza inamı bu tarixi qələbəni reallaşdırdı, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq etdi.
 
 
Mətləb Hüseynov, 
Salyan rayon Arbatan kənd tam orta məktəbin müəllimi