BolgeXeber.Com » Xəbərlər » Canlı efirdəki davanın kadr arxası görüntüləri yayıldı - VİDEO

Canlı efirdəki davanın kadr arxası görüntüləri yayıldı - VİDEO

1-12-2022, 19:03
Oxunub: 1 800 Ötən gün Xəzər TV-də yayımlanan "Təsir dairəsi” verilişində qalmaqal baş verib.

Bolgexeber.com xəbər verir ki, verilişdə ekspert qismində əyləşən Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva arasında gərgin anlar yaşanıb.
Anar Vəziroğlu "Bu qadında ləyaqət yoxdur” deyərək Şəfiqə Nağıyevanın üstünə su atıb.

Bu gün proqramda verilişin aparıcısı Lalə Azərtaş ötən axşam baş verən hadisənin reklam fasiləsi zamanı çəkilən görüntülərini canlı efirdə nümayiş etdirib.

Belə ki, canlı efirdə böyüyən qalmaqalda əvvəlcə vəkil Şəfiqə Nağıyeva Anar Vəziroğluna su atıb.

Kadrlarda A.Vəziroğlu Ş.Nağıyevaya yaxınlaşaraq onunla mübahisə edib. Mübahisə əsnasında şair vəkilin ünvanına təhqiramiz ifadələr səsləndirib. Ş.Nağıyeva isə "Rədd ol!” kəlməsini dilə gətirərək, A.Vəziroğlunun üzərinə yanındakı stəkanı götürərək su atıb. Əsəbiləşən şair eyni hərəkəti etmək istədiyi vaxt digər vəkil ekspert tərəfindən qarşısı alınıb.Sözügedən görüntüləri təqdim edirik: