Nazirlik sülhməramlıların nəzarətində olan ərazilərdə araşdırmalara başladı
3-12-2022, 15:46
Oxunub: 1 000
zərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sorğusu əsasında Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin həmin ərazilərə göndərilməsi barədə müraciət edib.
Bu barədə ETSN-dən məlumat verilib.
2022-ci il 3 dekabr tarixində saat 11:00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşıblar.
Hazırda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn gələn ekoloji fəsadların araşdırılması və monitoriqi məqsədilə ekspertlərdən ibarət qrupun həmin ərazilərdə fəaliyyət göstərməsi sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirə olunur.
“Danışıqların yekunları barədə ictimaiyyətə məlumat veriləcək”, – məlumatda bildirilib.
Çox Oxunanlar
- 4-02-2023, 15:50 : 29 illik general istefaya göndərilir?- ŞOK İDDİA
Xəbərlər / Ölkə
- 4-02-2023, 11:50 : Nəqliyyat vasitələrində süni qiymət artımı edənlərə XƏBƏRDARLIQ
Xəbərlər / Ölkə
- 4-02-2023, 18:27 : "Lənkəran- Astara regional" rəhbəri Elxan Nəcəfov mafioz direktoru "qoruyur"
Bölgə / Xəbərlər
- 6-02-2023, 19:19 : Azərbaycan qaz ixracatını sürətlə artırır
Analitika / Xəbərlər
- 4-02-2023, 14:08 : İrandan Fransa liderinə qarşı HÖRMƏTSİZLİK
Dünya / Xəbərlər
- 4-02-2023, 16:04 : Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş keçirilib
Bölgə / Xəbərlər
- 6-02-2023, 11:34 : Kamalləddin Qafarov: " Macarıstan- Azərbaycan əməkdaşlığı bizim üçün böyük önəm daşıyır"
Analitika / Xəbərlər
- 4-02-2023, 17:04 : İsmayıllıda qanunsuz olaraq saxladıqları 20 tüfəng götürülüb
Bölgə / Xəbərlər
- 4-02-2023, 17:33 : Günün koronavirus statistikası açıqlandı
Xəbərlər / Ölkə
- 6-02-2023, 17:42 : Dağıntılar altında qalan tələbələrin fotosu yayıldı
Dünya / Xəbərlər