BolgeXeber.Com » Xəbərlər » DSX-nin özünü gülləyən əsgəri xəstəxanada ölüb

DSX-nin özünü gülləyən əsgəri xəstəxanada ölüb

7-12-2022, 09:29
Oxunub: 3 608 Bir neçə gün əvvəl Dövlət Sərhəd Xidmətinin (DSX) özünü güllələyən hərbi qulluqçusu, əsgər Nuriyev Kənan Hafiz oğlu ölüb.

APA-nın əldə etdiyi məlumata görə, o bu gün müalicə olunduğu xəstəxanada vəfat edib.
Qeyd edək ki, fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.