BolgeXeber.Com » Xəbərlər » Sülhməramlılarla İTV-nin jurnalistinin qarşıdurması - VİDEO

Sülhməramlılarla İTV-nin jurnalistinin qarşıdurması - VİDEO

7-12-2022, 13:35
Oxunub: 5 816 Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq bu gün Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirəcək.

İTV-nin Şuşaya ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, monitorinq qrupunun Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutacaq.

Təəssüf ki, sözü gedən müzakirələri media nümayəndələri izləyə bilməyəcək. Çünki ərazidə olan sülhməramlılar jurnalistlərin Xocalıya keçidinə maneə yaradıb. İsrarla əraziyə keçməyə cəhd etsələr də, sühməramlılar onları əraziyə buraxmadılar.