Nəqliyyat vasitələrində süni qiymət artımı edənlərə XƏBƏRDARLIQ
4-02-2023, 11:50
Oxunub: 4 256
Bir neçə gün öncə Tarif (qiymət) Şurasının qərarı ilə təsdiq edilmiş qərara əsasən, gediş haqlarının 10 qəpik artırılması nəzərdə tutulub. Lakin təəssüf ki, bəzi sərnişin avtobuslarında süni qiymət artımları müşahidə edilir.
Xüsusilə Sumqayıtdan qəsəbələrə işləyən 3, 9, 12 və 30 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən sərnişin avtobuslarında sərnişinlər bunun şahidi olublar.
Sakinlər qeyd ediblər ki, sadalanan avtobuslarda gediş haqqı 50 qəpik olub və bununla bağlı avtobusun salonuna elan vurulub.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Agentlikdən bildirilib ki, sözügedən marşrutlarda sui-istifadə hallarına yol verilməməsi üçün məlumatlandırma işləri aparılır:
“Sumqayıt şəhərinin 3, 9, 12 və 30 nömrəli marşrut avtobuslarında sərnişindaşımada ikili tarif tətbiq olunur. Məsafədən asılı olaraq avtobusda şəhərdaxili qiymət 40 qəpik, şəhərətrafı qiymət isə 50 qəpik səviyyəsində müəyyən edilib. İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə Tarif Şurasının qərarının icrasının təmin edilməsi və tariflərin tətbiqi zamanı sui-istifadə hallarına yol verilməməsi məqsədilə AYNA tərəfindən Sumqayıt şəhərinin sözügedən 4 şəhərətrafı marşrutu üzrə məlumatlandırma işləri aparılır”.
AYNA daşıyıcılara süni qiymət artımına yol verməmələri barədə xəbərdarlıq edildiyini vurğulayıb
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər