Mingəçevirdə evdən pul oğurladı, Bakıda xərcləyərkən saxlanıldı
6-02-2023, 09:10
Oxunub: 2 200
Mingəçevirdə mənzildən oğurladığı pulu paytaxtda yerləşən bahalı restoranlarda xərcləyən şəxs tutulub
Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən mənzillərin birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Hündürmərtəbəli binada yerləşən mənzilə eyvandan daxil olan naməlum şəxs oradan içərisində 3100 ABŞ dolları, 10 000 manat pul, müxtəlif qızıl-zinət əşyaları və ev sahibinə məxsus sənədlər olan çamadanı oğurlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də mənzillərdən külli miqdarda oğurluqlar etdiyi üçün dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Rüstəm Əzizov saxlanılıb.
R.Əzizov ifadəsində evdə heç kimin olmadığını fürsət bilərək ora daxil olduğunu, niyyətini həyata keçirdikdən sonra pul və qızılları götürərək Bakı şəhərinə getdiyini bildirib. Araşdırma zamanı saxlanılan şəxsin çamadanda olan sənədləri iz itirmək məqsədilə yandırdığı, əldə etdiyi pulları isə qısa müddət ərzində paytaxtdakı əyləncə mərkəzlərində, bahalı restoranlarda xərclədiyi məlum olub.
Faktla bağlı şəhər polis şöbəsində cinayət işi başlanılıb, R.Əzizovun ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər