BolgeXeber.Com » Xəbərlər » Siyəzəndə avtomobil oğrusu saxlanılıb

Siyəzəndə avtomobil oğrusu saxlanılıb

6-02-2023, 17:44
Oxunub: 2 568

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, Siyəzən RPŞ-yə rayon sakininə məxsus  “VAZ-21099” markalı avtomobilin oğurlanması  barədə məlumat  daxil olub.


Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Valeh Quliyev saxlanılıb. 


Faktla bağlı Siyəzən  RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.