DİN IX-XI sinif şagirdləri ilə görüş keçirib
10-02-2023, 15:33
Oxunub: 2 624
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə Şirvan Gənclər Evində şəhər ərazisində yerləşən ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri ilə görüş keçirilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, görüşdə çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Fizuli Əhmədov şagirdlərə ölkəmizdə sabitliyin, asayişin təmin olunmasında, hüquq normalarının qorunmasında daxili işlər orqanlarının fədakar xidməti haqqında ətraflı məlumat verib. O, bildirib ki, polis sıralarına qatılmaq arzusunda olan gənclər sağlam həyat tərzi keçirməli, dərslərini yaxşı oxumalıdır.
Daha sonra çıxış edən digər tədbir iştirakçıları polisin gündəlik fəaliyyətini şagirdlərin diqqətinə çatdıraraq, Polis Akademiyasında yaradılan şərait, kitabxanalar, laboratoriyalar haqqında geniş məlumat veriblər.
Tədbirdə məktəblilərə bukletlər paylanılıb və Polis Akademiyasındakı müasir tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər