BolgeXeber.Com » Xəbərlər » Kürdəmir rayon sakinindən silah götürülüb

Kürdəmir rayon sakinindən silah götürülüb

13-02-2023, 09:47
Oxunub: 5 040

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Məhəmməd Şəfiyev saxlanılıb.


Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı oradan 1 ədəd "Kalaşnikov" markalı avtomat silahı, 24 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.  


Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.