AQTA-da BİYABIRÇILIQ: Müdir-işçi davası pik həddə çatdı
14-02-2023, 13:34
Oxunub: 2 544
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları arasında dava məhkəmədə yekunlaşıb.
Bolgexeber.com-un məlumatına görə, Agentliyin Xızı-Xaçmaz Regional Bölməsində rəhbər şəxslə əməkdaşı arasında mübahisə baş verib.
Mübahisə qurumun Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri Məmmədbağır Hüseynovla sektorun əməkdaşı Sabir (şərti) adlı şəxs arasında olub.
Məmmədbağır Hüseynovun Sabirə "sən mənim üçün ölmüsən” deməsi tərəflər arasında gərginlik yaradıb. Bundan əsəbləşən Sabir həmin sektorun xidməti iş otağında Məmmədbağır Hüseynovun üzərinə hücum edib. O, Məmmədbağır Hüseynova cavab olaraq ucadan "sən öləsən, əzizlərin ölsün” ifadəsini işlədib.
Sonuncu "İşçilər arasında işgüzar nüfuzunun aşağı salınması" iddiası ilə polisə şikayət edib.
İşə məhkəmədə baxılıb.
Təqsirlənidirilən şəxs məhkəmə iclasında izahat verərək, Məmmədbağır Hüseynovu təhqir etmədiyini və sadəcə olaraq onun söyüşünə cavab verdiyini bildirib.
Xaçmaz Rayon Məhkəməsi içə 10 fevralda baxıb. Məhkəmə Sabiri İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilib və barəsində 100 manat cərimə edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər