Mağazadan oğurluq edən oğru dəstə saxlanıldı
15-02-2023, 11:51
Oxunub: 2 432
Kürdəmirdə üç mağazadan oğurluq edərək zərərçəkmişlərə ümumilikdə 20000 manata yaxın maddi ziyan vuran oğru dəstə saxlanılıb.
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar-fevral aylarında rayonun Mollakənd və Qarabucaq kəndləri ərazisində yerləşən üç mağazadan oğurluq edən üç nəfər saxlanılıb. Araşdırmalarla həmin şəxslərin rayon sakinləri Arif Əliyev, Samir Babayev və Mərahim İbrahimov olduqları müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, aparılan istintaq zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq yanvar ayının sonlarında rayonun Mollakənd kəndi ərazisində yerləşən mağazaların birindən 3000 manat pul, bir ədəd mobil telefon, spirtli içkilər və tütün məmulatları oğurlayaraq mağaza sahibinə 4657 manat, fevral ayında isə rayonun Qarabucaq kəndi ərazisində yerləşən iki mağazadan 11000 manat dəyərində tütün məmulatları, 3025 manat pul, 1000 manat dəyərində danışır kartları və 208 manat dəyərində ərzaq məhsulları oğurlamaqla zərərçəkmişlərə ümumilikdə 15233 manat maddi ziyan vurublar.
Polis əməkdaşları tərəfindən oğurluq yolu əldə olunmuş tütün məmulatlarının və danışıq kartlarının bir qismi həmin şəxslərdən maddi sübut kimi götürülüb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Həmin dəstə üzvlərinin digər analoji cinayət hadisələrində iştiraklarının olub-olmaması araşdırılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər