Plastik torbalar niyə ödənişli olub?
17-02-2023, 16:49
Oxunub: 1 528
Dünyada plastik məmulatlardan, o cümlədən paketlərdən istifadə, bununla da plastik tullantıların həcmi və nəticədə ətraf mühitə mənfi təsirlər sürətlə artmaqdadır. Beynəlxalq təcrübədə plastik tullantıların ətraf mühitə mənfi təsirlərini azaltmaq, alternativ məhsullardan istifadəni təşviq etmək məqsədilə bəzi plastik vasitələrin dövriyyəsinin mərhələli şəkildə azaldılması üçün bir sıra addımlar atılır.
Bolgexeber.com xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
Onun sözlərinə görə, plastik paketlərin pulsuz verilməsinin qadağan olunması da bura daxildir:
“Türkiyədə 2019-cu ildən bu torbalar ödənişlidir və artıq 2021-ci ildə onlardan istifadə 75% azalıb. Digər ölkələrdə də bu proseslər gedir və azalma faizi bir sıra hallarda 90%-ə çatır.
İnanırıq ki, Azərbaycanda da bu tədbirlərin həyata keçirlməsi paketlərdən istifadəni və plastik tullantıların həcmini kəskin azaldacaq və bu bizə plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılmasında müvafiq hədəflərə nail olmaq imkanı verəcək”.
Qeyd edək ki, 1950-ci ildə dünyada 1,5 milyon ton plastik istehsal olunmuşdusa, bu rəqəm 1990-cı ildə 100 milyon tona, 2015-ci ilə 322 milyon tona çatıb. Bərk məişət tullantılarının tərkibində plastik tullantıların miqdarı 1960-cı illərdə 1 %-ə qədər olmuşdursa, hazırda bu göstərici 12%-dən çoxdur.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə istehsal olunan və ölkəyə idxal edilən plastik qablaşdırma məhsullarının həcmi durmadan artır
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman