BolgeXeber.Com » Xəbərlər » Xoşqədəmə təcili "DUR" deyilməsə İNTİHAR EDƏCƏM- ŞOK SÖZLƏR

Xoşqədəmə təcili "DUR" deyilməsə İNTİHAR EDƏCƏM- ŞOK SÖZLƏR

23-02-2023, 14:24
Oxunub: 1 440

Jurnalist Arifə Əliyeva ARB TV-nin aparıcısı Xoşqədəm Hidayətqızı tərəfindən təzyiqə məruz qaldığını və bu səbəbdən də, intihar edə biləcəyini bəyan edib.


Bolgə.TV xəbər verir ki, o, bu barədə özünün şəxsi "Facebook" hesabında yazıb.


Jurnalist qeyd edib ki, vətəndaş Şıxəliyev Ramin ARB TV-nin efirində jurnalist Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni Axtarıram” verilişində fırıldaqla üzləşdiyini iddia edərək, şikayətinin işıqlandırılmasını xahiş edib.


"R.Şıxəliyevi dəvət edərək, onun şikayətini videoformatda hazırladım. Şikayətçi bildirirdi ki, həmin verilişdə xəstə övladının adına vəsait toplanıb, lakin həmin vəsait aidiyyatı üzrə xərclənməyib, övladı da lazımi müalicəni almayıb. X.Hidayətqızının köməkçisinə zəng edərək, qarşı tərəfin mövqeyini istədim. Onlar məni görüşə dəvət etsələr də, getməkdən imtina edərək cavabın onlayn göndərilməsini xahiş etdim. Lakin onlar cavab vermədilər. Mən həmin materialı ictimailəşdirdikdən sonra üzərimə hücumlar başladı. X.Hidayətqızı müəllifi və aparıcısı olduğu verilişdə, canlı yayımda şəxsi həyatımı müzakirəyə çıxarır, ünvanıma nalayiq ifadələr səsləndirir. Halbuki mən özüm o verilişdə iştirak etmirəm, cavab haqqım tanınmır. Bu isə peşəkarlıqdan uzaq olmaqla bərabər, həm də cinayət məsuliyyəti yaradır.


Belə çıxır ki, kimin əlində imkan varsa, haqlı və haqsız olduğu məqamlarda öz imkanlarından istifadə edərək, qarşı tərəfə öz təbirincə “cəza kəsir”. O zaman bizim məhkəmə sistemimiz, hüquq-mühafizə orqanlarımız nəyə yarayır? Azərbaycandakı söz və mətbuat azadlığı haqqında danışılanlar harada qalır? Əgər artıq 4-cü TV-dir dəyişən Xoşqədəm Hidayətqızı öz əlaltıları vasitəsilə bir ananı, gənc qadını ölümə sürükləyirsə, buna bir dur deyən qüvvə yoxdurmu? Əgər bu təzyiqlər dayanmasa, mən ARB TV-nin qarşısında intihar edəcəm"