BolgeXeber.Com » Xəbərlər » Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq

24-02-2023, 13:57
Oxunub: 1 448

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən Bolgə.TV-yə verilən məlumata görə, lakin 24-dən 25-nə keçən gecə bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Arabir güclənən cənub küləyi əsəcək.


Havanın temperaturu gecə 0-3° isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.


Azərbaycanın rayonlarında əsasən, yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 3-8° şaxta olacaq.