Səbuhi Xanlarov NİYƏ HƏBS OLUNDU?
1-03-2023, 17:48
Oxunub: 2 440
Bloger Səbuhi Xanlarov “Daqqılı” ləqəbli sosial şəbəkə fəalı Ziliş Cəfərovun şərəf və ləyaqətinin alçaldılmasına görə həbs edilib.
Bolgə.TV xəbər verir ki, 1980-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, subay, ali təhsilli Səbuhi Xanlarov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunaraq, fevral ayının 27-də 23:30 radələrində saxlanılaraq məhkəmənin qərarı ilə həbs olunub.
Məhkəmə iclasında Səbuhi Xanlarov özünü İXM-in 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərib ki, Ziliş Cəfərovla zarafatlaşarkən digər dostu video çəkib və sonradan bu görüntülər onların məlumatı olmadan sosial şəbəkədə paylaşılıb. Onun Zilişin şərəf və ləyaqətini alçaltmaq kimi bir məqsədi olmayıb və barəsində daha yüngül tənbeh tədbiri görülməsini xahiş edib.
Məhkəmənin qərarı ilə, Səbuhi Xanlarov İXM-in 510 -cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib. Həbsetmənin əvvəli 27 fevral 2022-ci il saat 23:30-dan hesablanıb. Həbsetmə ilə bağlı qərarın icrası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilib.
Qeyd edək ki, 20.02.2023-cü ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə “Daqqılı” ləqəbli sosial şəbəkə fəalı Ziliş Cəfərova 15 sutka inzibati həbs cəzası verilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər