BolgeXeber.Com » Xəbərlər » Laçın yolundakı aksiya 82 gündür davam edir

Laçın yolundakı aksiya 82 gündür davam edir

3-03-2023, 09:31
Oxunub: 1 032

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası səksən ikinci gündür davam edir.


Bolgə.TV xəbər verir ki, havanın qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.


Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.


Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.


Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.


Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər