BolgeXeber.Com » Xəbərlər » Günün koronavirus statistikası açıqlandı

Günün koronavirus statistikası açıqlandı

3-03-2023, 17:56
Oxunub: 1 528

Azərbaycanda koronavirusa 20 yeni yoluxma qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.


Bolgə.TV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.


Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.


Ölkədə indiyədək ümumilikdə 828 648 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 351 nəfər müalicə olunaraq sağalıb, 10 126 nəfər vəfat edib.