Bakıda bu binalar niyə "sahibsiz" qalıb?
7-03-2023, 10:49
Oxunub: 2 184
Fasadları 6 il əvvəl sökülmüş yaşayış binaları indiyə kimi təmir edilməyib.
Bolgə.TV-nin məlumatına görə, 2017-ci ildə Abşeron rayonu, Məhəmmədi qəsəbəsi Əziz Əliyev küçəsində yerləşən 37 yaşayış binasının fasadı tezalışan materialdan olduğu üçün sökülüb. Ancaq həmin vaxtdan bəri binalara yeni üzlük vurulmayıb.
Fasadı olmayan 37 binada yaşayan 1775 ailə soyuq havalarda rütubətdən əziyyət çəkirlər.
Fasadsız binalar həm də qəsəbənin estetik görüntüsünü pozur.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirildi ki, həmin binalar “Məhəmmədi” MTK tərəfindən tikilib. Fasadlar da özəl şirkət tərəfindən yenisi ilə əvəz olunmalıdır. Sözügedən tikinti şirkəti isə artıq fəaliyyət göstərmir. Bu səbəbdən də işlər yarımçıq qalıb.
Bir sözlə, tikinti şirkəti olmadığı üçün bina sahibsiz qalıb. Nəzarətsiz qalan binaya isə sahib çıxan tapılmır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər