Ağdaşda 13 sürücü barəsində tədbir görülüb
7-03-2023, 12:33
Oxunub: 2 320
Ağdaşda narkotik vasitə və spirtli içki qəbul edib avtomobil idarə edən 13 sürücü barəsində qanunamüvafiq tədbir görülüb
Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında və sərxoş vəziyyətdə avtomobil idarə edərək özləri ilə yanaşı digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücülər müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, ötən ay ərzində bu istiqamətdə keçirilən tədbirlər zamanı narkotikin təsiri altında 9, spirtli içki qəbul edib nəqliyyat vasitəsi idarə edən 4 sürücü saxlanılıb. Araşdırma zamanı onlardan bəzilərinin sürücülük hüququnun olmadığı da məlum olub.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər