BolgeXeber.Com » Xəbərlər » Zəlzələ ilə bağlı FHN-dən açıqlama

Zəlzələ ilə bağlı FHN-dən açıqlama

24-03-2023, 15:59
Oxunub: 2 424

Fövqəladə Hallar Nazirliyi (FHN) martın 24-də İsmayıllıda qeydə alınan zəlzələ ilə bağlı məlumat yayıb.


FHN-in Mətbuat xidmətindən Bolgə.TV-yə bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, martın 24-də saat 11:09-da İsmayıllı seysmik stansiyasından 6 km şimalda İsmayıllı rayonu ərazisində, 9 km dərinlikdə 4,2 maqnituda zəlzələ qeydə alınıb


Zəlzələ epsentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb