Fazil Mustafaya hücumda kim şübhəli bilinir?
29-03-2023, 18:38
Oxunub: 2 120
İrana qarşı çıxışları ilə tanınan Azərbaycan millət vəkili Fazil Mustafaya dünən gecə saatlarında evinin qarşısında “Kalaşnikov”la edilən və onun yaralanması ilə nəticələnən silahlı hücumu nifrətlə qınayır, hörmətli millət vəkilimizə Allahdan şəfa diləyirik!
Bolgə.TV xəbər verir ki, bu barədə Zəngəzur Azadlıq Hərəkatının sədri, jurnalist Həsən Barının millət vəkili Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı yaydığı bəyanatda bildirilir.
“Hücumda birinci dərəcəli şübhəli olan farspərəstlər bilsinlər ki, əzmimizi qırmaq və bizləri qorxutmaq üçün təşkil edilən belə mesajlarla dolu aktlar İran işğalında olan Cənubi Azərbaycandakı qardaşlarımızın haqq mübarizəsinə verdiyimiz dəstəyi azaltmayacaq, biz türk milliyyətçilərini qorxutmayacaq. Şüurlu və haqlı şəkildə apardığımız Vətən, Millət və Dövlət uğrunda mübarizəmiz daha da qətiyyətli və sürətli şəkildə davam edəcək!”, - bəyanatda qeyd edilib
Qeyd edək ki, dünən axşam saatlarında millət vəkili Fazil Mustafa Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalıb. Millət vəkili avtomat silahdan açılan çoxsaylı atəş nəticəsində iki güllə yarası alıb
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər