BolgeXeber.Com » Xəbərlər » Oruc açarkən nəyə DİQQƏT OLUNMALIDIR?

Oruc açarkən nəyə DİQQƏT OLUNMALIDIR?

30-03-2023, 13:10
Oxunub: 1 176

Orucda tövsiyə edilən əməllərdən biri də iftarı gecikdirməmək, orucu vaxtında açmaqdır.


Bolgə.TV xəbər verir ki, bunu ilahiyyat üzrə fəlsəfə doktoru, millət vəkili Ceyhun Məmmədov qeyd edib.


O bildirib ki, dinimizdə üzrlü səbəb olmadan iftarı gecikdirmək bəyənilməyən əməllərdən sayılır:


“Məhəmməd Peyğəmbər bu barədə buyurub: “İnsanlar iftarı tezləşdirdikcə, xeyir içində olacaqlar”. Odur ki, çalışaq üzrlü səbəb yoxdursa, iftarı vaxtında edək, orucu açmağı gecikdirməyək”.