Prezidentin verdiyi ev xalq artistinə niyə verilməyib?
31-03-2023, 10:56
Oxunub: 3 336
“Hamı bilir ki, 4 il əvvəl Prezident mənə ev hədiyyə etmişdi. Prezidentin nümayəndəsi məni evlə tanış etdi, gördüm ki, ev hələ tam tikilməyib”.
Bolgə.TV xəbər verir ki, bu sözləri Xalq artisti Ənvər Həsənov Musavat.com-a açıqlamasında deyib.
“Dedilər ki, 3 ay sonra yenə gəlib baxarsan. 6 ay, 9 ay, 1 ildən sonra getdim, gördüm ki, ev hələ tikilmir. Ev də 11-ci mərtəbədə idi. Yuxarı qalxanda yüksək təzyiqim, şəkər xəstəliyim olduğu üçün başım hərləndi, yıxıldım.
Soruşdum ki, evin tam təmiri üçün nə qədər pul lazım olacaq? Dedilər ki, 45 min manat. Şoka düşdüm. Dedim ki, Allah Prezidentimizin canını sağ eləsin, amma mənim 45 min manata imkanım yoxdur və bilirəm ki, Prezidentin bu məsələlərdən xəbəri yoxdur.
Nə isə ki, aşağı düşdükdən sonra həyətdə olan ev alqı-satqısı ilə məşğul olanlar mənə təklif etdilər ki, o evin pulunu mənə versinlər və mən özüm istədiyim yerdə özümə ev alım. Nəhayət 6 aya 90 min manata Şüvəlanda özümə ev tapdım, onu bir az təmir etdim, abıra saldım, içində yaşamağa başladım. Üç il ərzində çox yaxın dostlarımız, əzizlərimi itirdim. Sağ qalan dostlarım da sağ olsun, gəlirlər, mənimlə maraqlanırlar...”, - deyə aktyor əlavə edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər