"Azərsu"da kütləvi ixtisar aparılır?- RƏSMİ
31-03-2023, 17:19
Oxunub: 2 656
Ötən gün Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi, Azərsu ASC və Meliorasiya və Su Təsərrüfatı ASC əmlakları ilə birlikdə yeni yaradılan Agentliyin tabeliyinə verilib.
Fərman ictimailəşəndən dərhal sonra sosial şəbəkələrdə adıçəkilən qurumlarda kadrların işdən azad edildiyi ilə bağlı məlumatlar yayılmağa başlayıb.
Bolgə.TV xəbər verir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat katibi Dilqəm Şərifov Bizim.Media-ya açıqlamasında hələlik heç bir kadr dəyişikliyinin baş vermədiyini bildirib.
“Bildiyiniz kimi, ölkə başçısının fərmanına əsasən, yeni agentliyin strukturu beş ay müddətində formalaşacaq. Bu müddətə qədər hər kəs öz işinin başındadır”, - qurumun rəsmisi vurğulayıb.
Azərsu ASC-dən isə deyilib ki, ötən gün yayılan informasiyada yanlışlığa və tələskənliyə yol verilib:
“Qurumda hər kəs öz işinin başındadır. Çünki “Azərsu” ləğv olunmayıb, yeni yaradılan Agentliyin tərkibinə verilib. Bildiyimiz kimi, fərmana əsasən, hələlik yeni agentliyin Əsasnaməsi hazırlanır. Bu Əsasnamə təsdiq olunandan sonra Azərsu ASC-nin hansı formada fəaliyyət göstərəcəyi bəlli olacaq”
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər