Bravoda baş verən silahlı insidentin DETALLARI
3-04-2023, 10:56
Oxunub: 2 184
Bakının Xətai rayonunda martın 4-ü hipermarketdə baş verən silahlı insidentlə bağlı bəzi gizli məqamlar açıqlanıb.
Bolgə.TV xəbər verir ki, bununla bağlı Baku TV-yə həmin hadisəni araşdıran əməliyyatçı danışıb.
O bildirib ki, hadisədən 5 dəqiqə sonra ticarət obyektinin həyəcan siqnalı sıxılıb, 2 dəqiqə 30 saniyədən sonra mühafizə polisinin əməkdaşları, bir qədər sonra isə polisin əməliyyat qrupları hadisə yerinə gəliblər:
“Cinayət hadisəsi üzrə tərtib edilən əməliyyat planları icraya yönəldilib. Əməliyyat planlarına əsasən Daxili İşlər Nazirliyinin aidiyyəti qüvvələri koordinasiyalı şəkildə cinayətin isti izlərlə açılması və cinayəti törətmiş şəxslərin yaxalanması istiqamətində tədbirlərə başlayıb”.
Qeyd edək ki, martın 4-də günorta 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən "Bravo" hipermarketində silahlı insident baş verib. Hadisə hipermarketdə yerləşən bankların birinə məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman qeydə alınıb.
Hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə həlak olub.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər