BolgeXeber.Com » Xəbərlər » Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

5-04-2023, 14:23
Oxunub: 1 304

Bakıda daha iki yolda sürət həddinin endirilməsi ilə əlaqədar olaraq müvafiq yol nişanları quraşdırılıb.


Bu barədə Bolgə.TV-yə Bakı Nəqliyyat Agentliyindən bildirilib.


Məlumata görə, Babək prospektində müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 60-80 km/saatdan 60 km/saat-a, Qala-Pirallahı yolunda isə 100 km/saatdan 90 km/saata endirilib.


"Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik", - məlumatda qeyd edilib.