BolgeXeber.Com » Xəbərlər » Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ

Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ

8-04-2023, 10:57
Oxunub: 1 128

Aprelin 10-dan Bakı Metropoliteni QSC-nin “Azadlıq prospekti” stansiyası (Süleyman Sani Axundov küçəsi) ilə Abşeron rayonunun Novxanı qəsəbəsini əlaqələndirən 123 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək


Bu barədə Bolgə.TV-yə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

"İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək", - agentlik bəyan edib.