BolgeXeber.Com » Xəbərlər » Şirvanda kross və gimnastika üzrə respublika yarışlarının bölgələr üzrə mərhələsi keçirilib
Şirvanda kross və gimnastika üzrə respublika yarışlarının bölgələr üzrə mərhələsi keçirilib
11-04-2023, 16:15
Oxunub: 2 544
Bolgə.TV xəbər verir ki, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə aprelin 11-də Şirvan şəhər Olimpiya İdman Kompleksində gənclər arasında "Sağlam bədəndə sağlam ruh" devizi altında idmanın kross və gimnastika növləri üzrə respublika yarışlarının bölgələr üzrə mərhələsinə start verilib. Tədbirdə Daxili İşlər Nazirliyinin, Şirvan Şəhər Polis Şöbəsinin və Şəhər Gənclər və İdman idarəsinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Açılış mərasimində öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilb, daha sonra isə Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən iştirakçılar ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışaraq keçirilən yarışların əsas məqsədinin gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliği, gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi olduğunu bildiriblər.
Çıxışlardan sonra yarışlara start verilib və hər bir iştirakçıya uğurlar arzulanıb. 80 nəfər gənc yarışların proqramında müəyyən olunan marşrut üzrə 1000 metr məsafəyə kross qaçışı və gimnastika hərəkətləri ilə çıxış ediblər. Yarışların sonunda hər bir hərəkət üzrə I, II və III yerləri tutan idmançılar Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən müvafiq diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər