BolgeXeber.Com » Xəbərlər » SON DƏQİQƏ: Şəhidlərimiz var

SON DƏQİQƏ: Şəhidlərimiz var

11-04-2023, 17:32
Oxunub: 1 328

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.


Bu barədə Bolgə.TV-yə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.


Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.


Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.