BolgeXeber.Com » Xəbərlər » AFB bankın Gəncə filialında SÜRÜNDÜRMƏÇİLİK – Ged-gələ salınan sahibkara 3 aydan sonra YOX deyildi

AFB bankın Gəncə filialında SÜRÜNDÜRMƏÇİLİK – Ged-gələ salınan sahibkara 3 aydan sonra YOX deyildi

12-04-2023, 09:38
Oxunub: 1 240

AFB bankın Gəncə filialı müştəriləri ilə rəsmən əylənir.


Hər halda buna başqa ad vermək olmur. Və yaxud da bu bank filialının əməkdaşları, başda filialın müdiri Zaur Ələkbərov olmaqla elə düşünürlər ki, sanki ölkədə təkcə AFB bank fəaliyyət göstərir…


Bolgə.TV Kaim.az-a istinadla xəbər verir ki, bu barədə sahibkar Taleh Muradov redaksiyamıza məlumat verib.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan T.Muradov qeyd edir ki, bir ilə yaxındır ki, bu bankla işləyirəm. Bu müddət ərzində krediti vaxtında ödəmişəm, heç bir gecikmə olmayıb. 3 ay bundan əvvəl banka yenidən kredit götürmək üçün müraciət edərək, tələb olunan sənədləri təqdim etdim. Dedilər ki, gəlib yerində baxış keçirib məmnuniyyətlə sizə kredit verərik. Bir aydan artıq vaxt keçməsinə baxmayaraq bankın əməkdaşı Xəyal Məmmədov bu gün – sabaha salaraq məni aldadırdı. Bu barədə filial müdiri Zaur Ələkbərova müraciət etmək məcburiyyətində qaldım. Bu müraciətimdən sonra Zaur bəy bankın əməkdaşları ilə birlikdə gələrək istehsal sahəsinə baxış keçirdilər. Gəldikləri qənaət belə oldu ki, bir həftə ərzində bütün sənədləri hazırlayıb sizə istədiyiniz məbləği verəcəyik. Bu da fevral ayının 28-nə təsadüf etdi. Bu gün isə artıq aprel ayının 12-dir. Bu qədər süründürməçilikdən sonra Xəyal bəy zəng vuraraq aqressiv şəkildə bildirdi ki, mənim xəbərim olmadan müdirin yanında olmusuz, sizə istədiyiniz məbləği verə bilmirik.


Görəsən müştərilərini 3 aydan artıq müddətdə get-gələ salaraq süründürən və sonda əli boş qoyan bu bank əməkdaşları təmsil etdiyi bankın nüfuzuna xələl gətirdiklərini heç düşünmürlərmi?


Ölkə başçısı əksər çıxışlarında sahibkarlığın inkişafına dəstək vermək lazım olduğunu tövsiyə etsə də, AFB bank Gəncə filialı bunun əksinə gedir.


Ümid edirik ki, AFB bankın mərkəzi ofisi bu məsələyə laqeyd yanaşmayacaq, müştərilərin, xüsusilə də sahibkarların incidilməsi hallarına son qoyacaq.