BolgeXeber.Com » Xəbərlər » İsrailin XİN rəhbəri Bakıya gəlir

İsrailin XİN rəhbəri Bakıya gəlir

17-04-2023, 13:38
Oxunub: 1 240
İsrailin xarici işlər naziri Eli Kohen sabah Azərbaycana səfər edəcək.

Bolgə.TV xəbər verir ki, bu barədə məlumatı “Jewish Insider” yayıb.

Məlumata görə, Kohenin Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirməsi planlaşdırılır.