BolgeXeber.Com » Xəbərlər » HHQ nümayəndələri “Anadolu Qartalı - 2023” təlimində iştirak edəcək

HHQ nümayəndələri “Anadolu Qartalı - 2023” təlimində iştirak edəcək

26-04-2023, 16:31
Oxunub: 1 040
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri “Anadolu Qartalı - 2023” beynəlxalq təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb.

Bolgə.TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Mayın 2-də başlayacaq təlimə Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri cəlb olunacaq.

Azərbaycan, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və İngiltərə nümayəndələrinin iştirakı ilə keçiriləcək beynəlxalq təlim mayın 23-dək davam edəcək.