BolgeXeber.Com » Xəbərlər » Bu avtobuslarda gediş haqqı bahalaşdı - Yeni qiymət

Bu avtobuslarda gediş haqqı bahalaşdı - Yeni qiymət

27-04-2023, 18:42
Oxunub: 1 528
Bakı-Sumqayıt avtobuslarında gediş haqqı artıb.

Bolgə.TV Globalinfo.az-a istinadən xəbər verir ki, qeyri-rəsmi çalışan mikroavtobuslar şənbə və bazar günlərində, bayramlarda, həmçinin tıxacın olmadığı saatlarda sərnişinləri 1 manata aparırdılarsa, son həftə ərzində qiyməti 50 qəpik artırıblar.

Belə ki, artıq bir neçə gündür, sərnişinlər 1 manat 50 qəpiyə getməli olurlar.

Sakinlərin sözlərinə görə, günorta tıxac olmasa da, qiymət endirilmir. Hətta axşamlar 3 manat gediş haqqı tələb edənlər də olur.