BolgeXeber.Com » Xəbərlər » Bakıda mağazadan 4 min manatlıq ətir oğurlanıb

Bakıda mağazadan 4 min manatlıq ətir oğurlanıb

28-04-2023, 12:06
Oxunub: 1 184
Nəsimi rayonu ərazisindəki bir mağazadan 517 manat pul və 4320 manat dəyərində ətirin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Bolgə.TV xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Cəlilabad rayon sakini Səyyad Həmidov saxlanılıb.

Araşdırma aparılır.