BolgeXeber.Com » Xəbərlər » Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək

Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək

29-04-2023, 12:15
Oxunub: 1 256
Sabah ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək.

Bolgə.TV xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Bildirilib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 30-da ABŞ-a işgüzar səfər edəcək. Səfər çərçivəsində onun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünün, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə dair sazişin müzakirəsinin növbəti raundunun keçirilməsi planlaşdırılır.